Bakı. Trend:
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi respublikanın Daxili
İşlər Nazirliyinə Olimpiadanın açılış mərasimini çayda keçirməkdən
imtina etməyi və “B planı”na keçməyi tövsiyə edib.
Trend-in
məlumatına görə, bu barədə “Europe 1” radiosu məlumat yayıb.
Məlumata görə, çay paradının hazırkı formatının olduğu kimi
qalması çox risklər yaradır.
Analitiklər kütləvi terrorizmin Fransaya qayıdışından qorxurlar.
Mümkün risklərə avtomobili izdihamın üzərinə sürə və ya odlu
silahla hücum edə bilən terrorçular daxildir.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış
mərasimi iyulun 26-da Sena çayında təşkil olunacaq. Olimpiada
avqustun 11-dək davam edəcək.




























