Advertisement

Məşhur rejissora Böyük Britaniyada cəngavər rütbəsi veriləcək

Bakı. Trend:

Məşhur rejissor Kristofer Nolana kino sahəsində xidmətlərinə
görə cəngavər rütbəsi veriləcək.

Trend-in
məlumatına görə, bu barədə “The Daily Mirror” qəzeti Böyük
Britaniya hökumətinin sənədlərinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, 53 yaşlı rejissora cəngavər bakalavr
rütbəsi veriləcək və ona fəxri “cənab” prefiksi veriləcək.
K.Nolanın həyat yoldaşı, prodüser Emma Tomasın öz növbəsində
Britaniya İmperiyası Ordeninin xanım komandor tituluna layiq
görüləcəyi qeyd olunub.