Advertisement

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini
Şöhrət Orucov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdiyi tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, ondan
3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi
aşkar olunub.

Müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış
üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində
həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.