Advertisement

Şəmkirdə kişi arvadını bıçaqlayıb

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun “Şəhərcik” adlan yaşayış massivində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.