Advertisement

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “VAZ-21010” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onıar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.