
Bakı. Trend:
Nobel Sülh mükafatı laureatı, UNEC-in fəxri professoru Muhammad
Yunus UNEC rektoruna müraciət edib.
Nobel mükafatçısı müraciətində UNEC rektorunun müşaviri kimi
universitetin missiyasına töhvə vermək istəyini bildirib. Müraciəti
nəzərə alaraq, rektor prof. Ədalət Muradov Nobel mükafatı laureatı,
professor Muhammad Yunusu müşavir təyin edib.
Xatırladaq ki, Nobel mükafatçısı Muhammad Yunus 2017-ci ildə
UNEC-də keçirilən “Sosial biznes – inkişafa gedən yol” mövzusunda
beynəlxalq konfransda çıxış edib və ona UNEC-in Fəxri professoru
diplomu təqdim olunub.
Bu il martın 16-da isə Muhammad Yunusun iştirakı ilə UNEC-də
Yunus Sosial Biznes Mərkəzinin (YSBM) açılışı olub və Nobel
mükafatçısı YSBM-də ilk mühazirəsini də sosial biznes sahəsinin
problemlərinə həsr edib.





























