Advertisement

Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü G.Hüseyinlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.52

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA – nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi “KİA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN – nin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.