Advertisement

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Bakı. Trend:

Martın 29-da Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının
101-ci iclası başlayıb.

Trend xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci
müavini Yaqub Eyyubov təmsil edir.

Tədbir Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun
sədrliyi ilə keçirilir.

Ermənistan bu dəfə də iclasa nümayəndə heyəti göndərməyib.
Ermənistanı artıq ikinci dəfədir ki, ölkənin Belarusdakı səfiri
Razmik Xumaryan təmsil edir.

Tədbir geniş tərkibdə iclasla davam edəcək. Daha sonra isə
Beynəlxalq Iqtisadi Forum keçiriləcək.