
Bakı. Trend:
23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiya
Texnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans
(ITTA’2024) keçiriləcək.
Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri
İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın
Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege
Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və
Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun
birgə təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri,
universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan
olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud
elmi və praktiki problemlərin müzakirə edilməsidir.
Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:
Tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən
ağıllı bina, ağıllı kənd, ağıllı şəhər);
Süni intellekt və onun tətbiqləri;
Böyük verilənlərin emalı problemləri və üsulları;
Paralel hesablama;
Siqnalın işlənməsi problemləri və üsulları;
Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində
informasiya texnologiyaları;
İntellektual idarəetmə sistemləri;
İntellektual informasiya sistemləri;
Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri;
Təhsildə informasiya texnologiyalarının tətbiqi.
Konfransın işçi dili: ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://itta.cyber.az





























