Advertisement

Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Bakı. Trend:

Unibank “Biznes mobil bankçılıq” nominasiyası üzrə ən yaxşı
iyirmi bankdan biri seçilib. Unibank bu nominasiyaya görə,
Azərbaycan bankları arasında ilk üçlükdə yer alıb. Qərar “SME
Banking Club” beynəlxalq platformasının “Business Mobile Banking
-2024” araşdırmasının nəticələrinə əsasən verilib. Proses 10-dan
artıq ölkənin 30-dan çox biznes mobil tətbiqi üzərində
aparılıb.

Araşdırma zamanı “Unibank”ın biznes mobil bankçılığı ekspertlər
tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un
açıqlamasına görə, bölgənin 2024-cü il üzrə TOP-20 ən yaxşı biznes
mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün
Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar
şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil
bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və
digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.

Qeyd edək ki, “Unibank”ın biznes müştəriləri üçün hazırladığı
UBank Biznes tətbiqini yeniləndikdən sonra sahibkarların mobil
əlavəyə marağı daha da artıb. Biznes sahibləri tərəfindən mobil
tətbiqin yüklənməsində qısa müdətə 50%-dən çox artım olub. Hazırda
UBank Biznes mobil əlavəsini yükləyən aktiv biznes müştərilərinin
sayı 10 mini ötüb

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank,
hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və
xidmətləri təklif edir.Banka gəlmədən onlayn hesab açmaq, onlayn
əmək
haqqı layihəsinə
qoşulmaq, tranş kredit xəttindən onlayn
istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft
kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və
istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq
imkanı yaradır.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək
istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16
saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”,
“Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək” Biznes
Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir.
Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012)
117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index)
əldə etmək olar.

Unibank- Sənin Bankın!