
Bakı. Trend:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti)
araşdırma, inkişaf və təhsil məsələləri üzrə sədr müavini Osman
Karaaslan vəfat edib.
Trend xəbər
verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, təxminən 2 ay əvvəl beyin qanaxması keçirən
Karaaslan reanimasiyada müalicə alırdı.





























