Advertisement

Rusiyada Ağ dəniz-Baltika kanalında 7 nəfər itkin düşüb

Rusiyada Ağ dəniz-Baltik kanalında baş verən fövqəladə hadisədən sonra itkin düşənlərin sayı 7 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Seqeja bələdiyyə dairəsinin rəhbəri Marina Quseva bildirib.

***

11:02

Rusiyada Ağ dənizlə Baltik Dənizini birləşdirən kanaldakı bəndin sıradan çıxarıması nəticəsində 6 nəfər itkin düşüb.

APA-nın TASS-a istinadən xəbərinə görə, hadisə Kareliyada baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işlərinə xüsusi xilasetmə qrupları cəlb edilib.