
Bakı. Trend:
Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir ki, Rumen
Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi
öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından
təəssüfləndiyini bildirib.
Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli
əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə
biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf
etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli
sənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeyd
edilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar
vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını
bildiriblər.




























