Advertisement

Rusiya XİN Ermənistanın suverenliyinin yeganə real təminatının rus sərhədçiləri olduğunu bildirib

Bakı. Trend:

Ermənistanın suverenliyinin yeganə real təminatı ölkədə Rusiya
Federasiyasının 102-ci hərbi bazasının olmasıdır.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yerli KİV-ə
bildiriblər.

Rusiyanın 102-ci hərbi bazasının və rus sərhədçilərinin
Ermənistanın suverenliyinin yeganə real təminatı olduğunu bildirən
Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini
məntiqə zidd adlandırıb.

“Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını
necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır”, – Rusiya XİN-dən
qeyd olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun