
Bakı. Trend:
Braziliyalı veteran futbolçu Dani Alves yenidən məhkəməyə
verilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, buna səbəb bəstəsi “sambaçı”ya məxsus
olan “Aviao” mahnısıdır.
2020-ci ildə Alveslə yanaşı, bir neçə məşhur da musiqinin
müəllifi kimi təqdim olunub. Lakin bəstəkarlar Juliano və Tiaqo
Mateus Danini müəllif hüquqlarını pozmaqda ittiham edirlər. Onlar
mahnının plagiat olduğunu bildiriblər.
Futbolçunun vəkili isə ittihamı rədd edib. O, əsərin sırf Alvesə
məxsus olduğunu açıqlayıb.
Lakin şikayətə əsasən o, bu dəfə Braziliya məhkəməsinə
videobağlantı vasitəsilə ifadə verəcək.
Qeyd edək ki, Alves bu yaxınlarda 4,5 il həbs olunsa da, 1
milyon avro girov müqabilində azadlığa çıxıb.





























