Advertisement

Ağdaşda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Ağdaşda gecə saatlarında avtomobil qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya
yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.