Advertisement

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər ümumilikdə 4622 müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, bunlardan 94-ü 23 ölkə və 5 qurumu təmsil edir.