
Bakı. Trend:
“Mançester Yunayted”i müdafiəçisi Lisandro Martines komandanın
heyətində dönüb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş
məşqçisi Erik ten Haaq danışıb.
Hollandiyalı mütəxəssisin Martinesi sabah “Brentford”a qarşı
oyunda meydana çıxa biləcəyini bildirib: “Martinesin sabahkı oyunda
meydana çıxmaq şansı var. Onun soyuqqanlılığı və sakitliyinə bəzi
oyunlarda ehtiyacımız var idi”.
Argentinalı müdafiəçi zədə üzündən təxminən 2 ay yaşıl
sahələrdən uzaq qalıb.
Qeyd edək ki, “Mançester Yunayted” səfərdə “Brentdord”un qonağı
olacaq.





























