
Bakı. Trend:
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş
müşaviri Akif Çağatay Kılıç ABŞ Konqresinin Nümayəndələr
Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndə heyəti ilə
görüşüb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüşdə
Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və beynəlxalq
inkişaflar, İŞİD terror təşkilatı və ekstremizmlə mübarizə müzakirə
edilib.
Bundan əlavə olaraq, PKK və onun mütəşəkkil cinayətkarlıq
fəaliyyətləri, Rusiya-Ukrayna müharibəsi və Fələstindəki insanlıq
faciəsi görüşün gündəmində olub.
İclasda ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı
Qüvvələr Komitəsinin sədri Mayk Rocers, yüksək səviyyəli üzv Adam
Smit və üzvlər Salud Carbajal və Veronika Eskobar, ABŞ-ın
Ankaradakı səfiri Cefri Fleyk və ABŞ-ın İstanbuldakı baş konsulu
Julie Eadeh iştirak ediblər.





























