
Bakı. Trend:
Qubada 27 yaşlı qadın faciəli şəkildə ölüb.
Trend xəbər verir ki, 2 azyaşlı uşağı olan 4 aylıq hamilə olmuş,
1997-ci il təvəllüdlü Niftəliyeva Fidan Əbil qızı hamam otağında
yuyunan zaman otağa sızan dəm qazından zəhərlənərək dünyasını
dəyişib.
Faktla bağlı araşdırma aparılır.





























