
Bakı. Trend:
Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” davam
edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, ikinci yarış günündə Azərbaycan
millisinin daha 3 cüdoçusu tatamiyə çıxıb.
Onlar 2 çəki dərəcəsində mübarizə aparır.
“Böyük Dəbilqə”
Kişilər
73 kq
Vüsal Qələndərzadə 1/32 final çərçivəsində Keysey Nakano (Filippin)
ilə üz-üzə gəlib. Qələbə qazanan milli üzvü növbəti görüşündə
Kiprianos Andreounu (Kipr) sınağa çəkəcək.
Rəşid Məmmədəliyev də yarışa qələbə ilə başlayıb. Mark Xristovu
(Bolqarıstan) məğlub edən cüdoçumuz 1/16 finalda Koen Heqlə
qarşılaşacaq.
83 kq
Ömər Rəcəblinin (81 kq) startda məğlubiyyətə üzülüb. O, Joao
Fernando (Portuqaliya) ilə bacarmayıb.
Qeyd edək ki, cüdoçularımızdan ilk gündə Əhməd Yusifov (60 kq),
Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medal qazana
bilməyib. Yığmamız yarışa 9 idmançı ilə yollanıb.





























