Advertisement

Türkiyə və Azərbaycanın İrandakı səfirləri görüşüb

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç Azərbaycanın bu ölkədəki Səfirliyinin yeni ünvandakı binasını ziyarət edib, səfir Əli Əlizadə ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ə. Əlizadə özünün “X” hesabında yazıb.

O qeyd edib ki, görüşdə hər iki diplomatik nümayəndəlik arasında əməkdaşlığı davam etdirilməsi və daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.