
Bakı. Trend:
Hindistan donanması Ərəbistan dənizində dəniz quldurlarının ələ
keçirdiyi İran gəmisini xilas edib.
Trend xəbər
verir ki, bu barədə “The Hindu News” qəzeti məlumat yayıb.
Bildirilib ki, Hindistan hərbi dəniz donanmasının “Trishul” və
“Sumedha” freqatları Somali sahillərində dəniz quldurlarını
tərksilah edərək, İranın “Əl Qəmbər” gəmisini xilas ediblər.
Qeyd olunub ki, operativ-taktiki tədbirlər tətbiq etməklə 12
saatdan çox davam edən əməliyyat nəticəsində dəniz quldurları
təslim olmaq məcburiyyətində qalıb. Gəminin 23 Pakistan
vətəndaşından ibarət ekipajı müvəffəqiyyətlə xilas edilib.





























