Advertisement

Sosial şəbəkə hesabında övladını satmaq üçün paylaşım edən ananın övladı dövlətin himayəsinə verilib

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirlərin dərhal həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiNəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülmüş, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

“Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.