
Bakı. Trend:
Dünən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və
Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda
qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil
olmuş sorğuya əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma
Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən
monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı
təsdiqlənib.
Bu barədə Trend-ə Arxitektura Komitəsindən məlumat verilib.
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici
sənədləri olmadığından dünən axşam saatlarında özbaşına tikintinin
Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq
qaydada söküntüsü təmin edilib.





























