Advertisement

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 551-ə çatıb

Bakı. Trend:

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların
sayı 551-ə çatıb.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.

Son məlumatlara görə, terror aktı nəticəsinidə 144 nəfər həlak
olub.

Tibbi xidmət orqanlarından TASS agentliyinə bildirilib ki,
xəsarət alanların əksəriyyəti ambulator müalicəyə göndərilib.
Rusiya FHN-in məlumatına görə, xəsarət alanların arasında 15 uşaq
var.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə
ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun