
Bakı. Trend:
Ermənistan Mərkəzi Bankı separatçı erməni milyarder Ruben
Vardanyana məxsus “Ameriabank” QSC-nin “Bank of Georgia Group”a
satılmasına ilkin razılıq verib.
Trend xəbər
verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının mətbuat xidməti
məlumat yayıb.
Qeyd olunub ki, qərar bankın Şurasının dünənki iclasında qəbul
olunub.
Xatırladaq ki, ötən ay erməni KİV “Ameriabank”ın “Bank of
Georgia Group” tərəfindən 303,6 milyon ABŞ dollarına satın alındığı
barədə məlumat yaymışdı.
“Ameriabank” QSC-nin mətbuat xidməti yekun razılaşma
imzalandıqdan sonra “Ameriabank”ın hazırkı menecment ilə “Bank of
Georgia Group”un tərkibində fəaliyyət göstərməyə davam edəcəyini
bildirmişdi.





























