
Bərdə. Trend:
Bərdədə Ağdam rayon sakinindən 3 kiloqramdan artıq heroin
aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupundan Trend-ə bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal
Hüseynov saxlanılıb.
Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov
narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar
davam etdirilir.





























