
Bakı. Trend:
Bu gündən Ermənistanda “Armenian Card” (ArCa) ödəniş sisteminin
iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın “Mir” kartlarına
xidmət göstərməyi dayandırıb.
Trend-in
xəbərinə görə, bu barədə sistemin çağrı mərkəzindən TASS
agentliyinə məlumat veriblər.
“Bu gündən sistemimizlə çalışan banklar “Mir” kartlarına xidmət
göstərməyi dayandırıb. Zərurət olarsa, kartınızı qəbul etməyi
dayandırmış konkret banklara müraciət edə bilərsiniz”, – “ArCa”
çağrı mərkəzindən deyiblər.
Xatırladaq ki, bu yaxınlarda Rusiya KİV Ermənistanda bankların
əksəriyyəti martın 30-dan Rusiyanın “Mir” ödəniş sisteminin
kartlarını qəbulunu dayandıracağı barədə məlumat yaymışdı.
Qeyd olunmuşdu ki, “VTB Ermənistan” bankı istisna təşkil edəcək.
Belə ki, bu bank “Mir” kartlarına tam həcmdə xidmət göstərməyə
davam edəcək.





























