
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:50 radələrində Nizami rayonu, Bəhruz Nuriyev 37 ünvanından 20 yaşında şəxsin (kişi cinsli) özünü balkondan atması səbəbilə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkimə qədər ölümü qeydə alınıb.

























