Advertisement

Sarkisyanın qardaşının əmlakı müsadirə oluna bilər

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandrın və ailə üzvlərinin əmlakı müsadirə oluna bilər.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, o, bununla bağlı ölkənin Baş Prokurorluğunun Qanunsuz Əmlakın Müsadirəsi üzrə İdarəsinə çağırılıb.

Bununla belə, həmin əmlakların qanuniliyinin sübuta yetirilmə ehtimalı olduğundan Ermənistan Baş Prokurorluğu Sarkisyan ailəsinin məhrum ediləcəyi əmlakın siyahısı açıqlanmayıb.