Advertisement

İsrail ordusu Suriyadan uçan “şübhəli hava hədəfinin” vurduğunu açıqlayıb

Bakı. Trend:

İsrail qırıcısı “şübhəli hava hədəfini” vurub.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.

Məlumata əsasən, o Suriyadan İsrail hava məkanı istiqamətində
uçurdu.

Mətbuat xidməti əlavə edib ki, İsrail hava məkanına “heç bir
daxil olma qeydə alınmayıb” və “insident başa çatıb”.