Bakı. Trend:
Somalidə parlamentin konstitusiyaya etdiyi dəyişikliklə
prezidentin və parlament üzvlərinin artıq xalq tərəfindən
seçiləcəyi qərara alınıb.
Trend-in
məlumatına görə, Somali Parlamentin sədri Şeyx Adan Madobe mətbuata
açıqlamasında konstitusiyaya dəyişikliklərin edildiyi barədə
məlumatı verib.
Madobe bildirib ki, dəyişikliyə əsasən, bundan sonra prezidenti
və parlament üzvlərini xalq seçəcək. O, həmçinin qərarla
prezidentin səlahiyyət müddətinin 4 ildən 5 ilə yüksəldildiyini
açıqlayıb və prezidentə həm də baş naziri təyin etmək və istədiyi
vaxt vəzifədən azad etmək səlahiyyətinin verildiyini qeyd edib.
Somali parlamentinin qəbul etdiyi qərar bəzi siyasətçilər və
Putland kimi bəzi ştatlar tərəfindən tənqid edilib.




























