
Bakı. Trend:
Aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim
normasına yaxın olacağı gözlənilir.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
məlumat verilib.
Aylıq yağıntının miqdarı isə əsasən iqlim normasına yaxın, lakin
bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində əksər rayonlarda hava şəraitinin sabit,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi
dağlıq ərazilərdə az yağıntılı olacağı istisna edilmir. Mülayim
cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti,
gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan MR-də havanın orta aylıq temperaturu 10-13 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturu 5-10 dərəcə isti, bəzi yerlərdə 14 dərəcə isti,
gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına
yaxın, lakın bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Qarabağ və Daşkəsən-Gədəbəy bölgələrində havanın orta aylıq
temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu
5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25
dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da
iqlim normasına yaxın olacağı gözlənilir.
Şərqi Zəngəzur bölgəsində havanın orta aylıq temperaturunun 9-13
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda bəzi
günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi
günlərdə hətta 19-24 dərəcə isti, dağlarda 12-17 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına
yaxın olacağı gözlənilir.
Qazax-Gəncə bölgəsində havanın orta aylıq temperaturunun 11-13
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması
daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti,
gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvan bölgələrində havanın
orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki,
bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11
dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 12-17 dərəcə
isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi Aran bölgəsində havanın orta aylıq temperaturunun 12-14
dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması
daxilindədir. Gecələr havanın temperaturu gecə 7-12 dərəcə isti,
gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Lənkəran-Astara bölgəsində havanın orta aylıq temperaturunun
10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, dağlarda
bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi
günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox
olacağı gözlənilir.





























