Advertisement

Bakıda qadını avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Binə Atçılıq və İstirahət Mərkəzinin yaxınlığında baş verib.

1976-ci il təvəllüdlü Şahməmmədova Yaqut Seyfəl qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.