Advertisement

Tapılan bütün meyit qalıqlarının eyniləşdirmə prosesi sürətlə davam etdirilir – Eldar Səmədov

Bakı. Trend:

Martın 28-də Xocalıda tapılmış məzarlıq yeri bugün mütəxəssislər
tərəfindən baxış keçiriləcək.

Bunu Trend-in Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi
qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, onun sözlərinə görə eyniləşdirilməsi başa
çatmış 73 nəfərin son sənədləşmə prosesi yekunlaşmaq üzrədir.

“Bu proses başa çatdıqdan sonra həmin şəxslərin nəşləri
ailələrinə tədim olunacaq və dəfn mərasimləri keçiriıəcək”, – deyə
E. Səmədov əlavə edib

Xəbər yenilənəcək