
Bakı. Trend:
Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük
Dəbilqə turnirinə yekun vurulacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç
idmançısı qüvvəsini sınayacaq.
Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.
Böyük Dəbilqə
Kişilər
90 kq
Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə
Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois
Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar
mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil
edən Aram Qriqoryandan güclü olub.
O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən
kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqanka (Türkiyə) qalib
gələrək, adını finala yazdırıb. Talıbov həlledici döyüşdə
yaponiyalı Sanşiro Murao ilə güləşəcək.
+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən
kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib
gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub
olub.
Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr)
qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya)
uduzub.
Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev
(73 kq) gümüş medal qazanıb.





























