Advertisement

Sumqayıtda bıçaqlanma hadisəsi olub

Sumqayıtda 29 yaşlı oğlan blçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ramil Firudin oğlu münaqişə zəminində tanışı, 1995-ci il təvəllüdlü Məhəmmədov Fariz Qasım oğluna bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.