
Bakı. Trend:
Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and
içərək, rəsmən fəaliyyətə başlayıb.
Trend-in
məlumatına görə, bu barədə Fələstinin “WAFA” agentliyi xəbər
verib.
Məlumata görə, mərasim Fələstin Milli Administrasiyasının (FMA)
inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı
ilə baş tutub. FMA rəhbəri yeni kabinetin mühüm vəzifələrini Qəzza
sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin öz evlərinə
qayıtmaq istəyində dəstəkləmək və anklavın tam yenidən qurulması
adlandırıb.
Abbas qeyd edib ki, Fələstin Azadlıq Təşkilatı “Fələstin
xalqının yeganə qanuni nümayəndəsidir” və yalnız onun siyasi sahədə
maraqlarını, o cümlədən İsraillə barışıq əldə etmək məsələlərində
müdafiə edə bilər.





























