Advertisement

“Telegram”da çoxlu sayda abunəçisi olan kanal sahibləri pul alacaq

Bakı. Trend:

“Telegram” monetizasiyaya başlayıb, auditoriyası 1 mindən çox
olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.

Trend-in
məlumatına görə, bu barədə messenjerin saytında bildirilib.

“Bu gündən etibarən 1 min və ya daha çox abunəçisi olan ictimai
kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə
etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər”, – deyə
bildirilib.

Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və
vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə
edəcək.