Advertisement

Ermənilər tərəfindən dağıdılan Xocalı qəbiristanlığı (FOTO)

Xocalı. Trend:

Ermənilərin ən çox vəhşiliklər törətdikləri Xocalıda bütün
mədəni abidələr, qəbr daşları dağıdılıb.

Trend xəbər verir ki, Xocalı
qəbiristanlığında məzarlar tanınmaz hala salınıb.

Qəbr daşları dağıdılıb, üzərlərindəki yazılar qəsdən silinib ki,
kimliklərinin müəyyənləşdirilməsi mümkün olmasın. Qəbrstanlıqda
doğmalarının məzarlarını axtaran Xocalı sakinləri yalnız bir neçə
məzarı müəyyənləşdirə biliblər.

Sakinlər bildirib ki, məzarlıqda qəbrlər çox olub. Bir çox
qəbrlərdən ümumiyyətlə heç bir əsər-əlamət qalmayıb.

Tezliklə həmin qəbiristanlığın yaxınlığında ayrılmış ərazidə
Şəhidlər xiyabanı salınacaq.

Qeyd edək ki, martın 31-də 7 Xocalı şəhidi həmin ərazidə dəfn
olundu.

Dəfn olunanlar Xocalı soyqırımı zamanı qətlə yetirilən
şəxslərdir. Onların nəşlərinin qalıqları bir neçə gün öncə Xocalıda
kütləvi məzarlıqda aşkar olunmuşdu.