Advertisement

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Rusiyanın Tver vilayətinin Rjev şəhəri ətrafında aparılan təhqiqat zamanı aşkarlanan sovet ordusunun 268 nəfər hərbi qulluqçusuna aid qalıqlar dəfn edilib.

APA-nın TASS-a istinadən xəbərinə görə, dəfn mərasimində bildirilib ki, araşdırmalar zamanı 1941-1945-ci illər arasındakı Böyük Vətən müharibəsində həlak olanlardan yalnız 8 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Eyni zamanda 2016-cı ildən Rjevsk, Penovsk, Belsk, Jarkovsk, Oleninsk qəsəbələrində 600 nəfərədək könüllünün iştirakı ilə aparılan ekspedisiyada bugünədək 3 mindən çox hərbçinin qalıqlarının tapıldığı diqqətə çatdırılıb.