
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Ağayev Sirac Səxavət oğlu dava zamanı bud nahiyələrindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

























