Advertisement

Ermənistanın Azərbaycanla sərhədə qoşun yığma SƏBƏBİ: İrəvan nəyə hazırlaşır? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına dair sosial
şəbəkələrdə məlumat yayılıb.
Görüntülərdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və
hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli
texnikasının intensiv cəmləşməsi müşahidə edilib.

Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov
bildirib ki, Ermənistanın son davranışları məkirli niyyətlərindən
xəbər verir.

“Ermənistanın müdafiə naziri açıqlama verib ki, bu təlim
xarakterli yürüşdür. Lakin, bu, absurd açıqlamadır. Hərbçiləri
yürüş keçirirsə, bunu niyə Azərbaycanla şərti həmsərhəd bölgədə
edir?”, – o deyib.

Geniş videomüsahibəni təqdim edirik: