Advertisement

Azərbaycan və Türkiyə investisiya layihələrinin reallaşdırılma imkanlarını müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyə investisiya layihələrinin reallaşdırılma
imkanlarını müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
platformasında yazıb.

“Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq
platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni
məzmunlarla zənginləşir. Türkiyənin “Koç Holding” və “Aksoy
Holding” şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə
ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və
əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, – deyə
nazir yazıb.

Qeyd edək ki, Mərkəzi Bankn məlumatlarına görə, 2023-cü ildə
Azərbaycandan xarici ölkələrə investisiyaların həcmi 3,1 milyard
ABŞ dolları olub. Azərbaycandan ən çox investisiyaların həyata
keçirildiyi 3 ölkə siyahısına Türkiyə (1,8 milyard dollar), ABŞ
(311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) daxil
olub.

Öz növbəsində, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar (BXİ) 6,7 milyard ABŞ dolları olub.
Azərbaycan iqtisadiyyatına ən çox BXİ yatıran 5 ölkə siyahısına
Böyük Britaniya (1,857 milyard dollar), Türkiyə (1,302 milyard
dollar), Kipr (791,594 milyon dollar), Rusiya (617,339 milyon
dollar) və İran (395,983 milyon dollar) daxil olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun