Advertisement

Aktauda terror aktı planlaşdıran şəxs tutuldu

Astana. Trend:

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) prokurorluq
orqanlarının koordinasiyası ilə Aktau şəhərində terror aktının
qarşısını alıb.

Trend xəbər
verir ki, bu barədə Qazaxıstan MTK-nin mətbuat xidməti məlumat
yayıb.

“2024-cü il aprelin 1-də Aktau şəhərində Milli Təhlükəsizlik
Komitəsi tərəfindən prokurorluq orqanlarının koordinasiyası ilə
terror aktının hazırlanmasında şübhəli bilinən yerli sakin
saxlanılıb.

Onun yaşadığı yerdə axtarış zamanı partlayıcı qurğu hazırlamaq
üçün komponentlər və digər maddi dəlillər götürülüb. Şübhəli şəxs
radikal dini qruplaşmanın tərəfdarıdır, əvvəllər adam öldürməyə
görə məhkum olunub”, – deyə məlumatda deyilir.

Qeyd olunub ki, sözügedən şəxsə qarşı Qazaxıstan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 255-ci maddəsinin 1-ci bəndi üzrə
məhkəməyəqədər araşdırma aparılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun