Advertisement

“Boeing” yaxın aylarda işçilərinin 10%-ni ixtisar edəcək

Amerikanın “Boeing” korporasiyası biznes çətinlikləri səbəbindən yaxın aylarda rəhbər işçilər də daxil olmaqla bütün işçi qüvvəsinin 10%-ni ixtisar edəcək.

APA xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

“Önümüzdəki aylarda biz bütün işçi qüvvəmizin sayını təxminən 10% azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, – məlumatda deyilir.