
Bakı. Trend:
Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni
tərbiyəçi-müəllim işə qəbul olub.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu
ilə həyata keçirilir.
Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən
ibarətdir.





























