Advertisement

ABŞ-nin hərbi bazaları digər ölkələr üçün təhdiddir? (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları dünyada ən çox hərbi bazası olan
ölkədir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin
Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, ABŞ-nin təxminən 80-dən çox ölkədə hərbi
bazası var və ümumi sayı 900-dən artıqdır.

“Rəqəmlər bir çox hallarda reallığı əks etdirmir. Əksər hərbi
bazalarla bağlı informasiyalar gizli saxlanılır. Bu qurşağın daha
çox Rusiya ətrafında formalaşdığının şahidi oluruq. Amerika
Birləşmiş Ştatları ilə Rusiya arasında vaxtilə əldə olunmuş
razılığa əsasən, ABŞ-nin bazalarının Rusiya sərhədlərində
yerləşdirilməməsi ilə bağlı öhdəliklərə baxmayaraq, bu prosesin
intensiv şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu, müxtəlif
adlarla edilir”, – deyə o qeyd edib.