
Bakı. Trend:
Bu ilin birinci rübündə La Manş boğazı vasitəsilə Britaniyaya
keçən qanunsuz miqrantların sayı artıb.
Trend xəbər verir ki, bu barədə Britaniya Hökumətinin
statistikasında bildirilir. Hesabat dövründə 5373 nəfər boğazı
keçməyə nail olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
41,7 faiz çoxdur. Havaların isinməsi ilə qanunsuz miqrasiyanın da
intensivləşəcəyi bildirilir.
Qeyd edək ki, 2023-cü ildə La Manş boğazını 30 mindən çox
qanunsuz miqrant keçib.





























